Çinlə nəqliyyatla bağlı memorandum təsdiqləndi

   Çinlə nəqliyyatla bağlı memorandum təsdiqləndi
  15 Avqust 2024    Oxunub:949
“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənəd 2024-cü il iyulun 1-də Bakı və Pekin şəhərlərində imzalanıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Fərmana əsasən, eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti