SOCAR-da qanvermə aksiyası keçirilib - FOTOLAR

SOCAR-da qanvermə aksiyası keçirilib -    FOTOLAR
  14 Avqust 2024    Oxunub:1277
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başladılan "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Dövlət Neft Şirkətində (SOCAR) növbəti qanvermə aksiyası keçirilib.
AzVision.az xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə SOCAR arasında təsdiq edilən qrafikə uyğun olaraq 14 noyabr 2023-cü il tarixindən 13 iyun 2024-cü il tarixinədək keçirilən qanvermə aksiyasında SOCAR-ın Baş ofis və strukturuna daxil olan 22 müəssisəsi üzrə 2045 əməkdaşı iştirak edib.

Qeyd edək ki, SOCAR üzrə bu günə qədər 42609 nəfər əməkdaş talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara donorluq edib.

SOCAR, növbəti illərdə də “Qan ver, həyat xilas et!” devizi altında keçirilən aksiyalarda fəal iştirakını davam etdirəcək.

AzVision.az

Qalereya




Teqlər: SOCAR  





Xəbər lenti