Mərkəz rəhbəri: “Seçkilərdə ölkədə yaşayan bütün xalqların nümayəndələri fəallıq göstərəcəklər”
O xatırladıb ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı birləşərək öz iradəsini ortaya qoyub:
“Ölkədə yaşayan bütün xalqların nümayəndələri, o cümlədən yəhudilər yumruq kimi birləşdilər. Nəticədə Milli Məclisə seçkiləri bu gün Şuşada, Laçında, Xankəndidə və işğaldan azad olunmuş digər ərazilərimizdə də keçirə bilirik. Doğma yurduna qayıdan yerli əhali, keçmiş məcburi köçkünlər artıq öz deputatlarını yaşadıqları tarixi torpaqlarında seçəcəklər. Bütün bunlar bizi qürurlandırır. Multikultural dəyərləri qoruyub saxlayan Azərbaycan son illər ardıcıl şəkildə bir neçə tarix yazıb. 2020-ci ildən başlayan bu tarixi hadisələrin siyahısına Milli Məclisə keçiriləcək seçkilərin də düşəcəyinə əminəm. Çünki bu, fərqli seçki olacaq, ilk dəfə şuşalı, laçınlı və azad olunmuş digər ərazilərə köçən vətəndaşlar, öz yurdlarında deputat seçəcəklər. Seçkilərdə ölkədə yaşayan bütün xalqların nümayəndələrinin də fəal olacağına əminəm”.
AzVision.az
Teqlər: