Deputatlar əlbəyaxa oldular - VİDEO

Deputatlar əlbəyaxa oldular - VİDEO
  11 İyul 2014    Oxunub:946
Türkiyə Böyük Millət Məclisində yenidən yumruq davası yaşanıb.
TBMM-nin Plan və Büdcə Komissiyasında paket qanun layihəsinin müzakirəsi zamanı CHP və AKP-dən olan millət vəkilləri arasında yaşanan mübahisə davaya çevrilib.

Belə ki, CHP-li millət vəkili Özgür Özel müzakirə zamanı baş nazir Rəcəb Tayyib Ərdoğanın Soma mədən faciəsinin ardından işçilərin maaşlarını 2 min lirə qaldıracağı ilə bağlı söz verdiyini bildirib. Hakim partiya üzvləri buna qarşı çıxaraq baş nazirin verdiyi sözün hamıya aid edilmədiyini deyiblər.

Mübahisə zəminində maxalifətçi deputatın "baş nazir sözünü tutmadı" sözlərinə isə AKP-li millər vəkili İlknur Denizli etiraz edib. Qadın həmkarını müdafiə etməyə başlayan Feramuz Üstünün "Qadınla necə belə danışırsan" sözlərindən sonra mübahisə davaya çevrilib.

Dava zamanı millət vəkili Özgür Özelin eynəyi yerə düşüb. Davaya başqa deputatların qarışmasından sonra tərəfləri ayırmaq mümkün olub.(Ans)





Teqlər:





Xəbər lenti