Kütləvi zəhərlənmələr bu restoranlarda olub |
"Yayda temperatur yüksək olduğundan qidaların tərkibində dəyişikliklər, bakteriyaların inkişafı üçün əlverişli mühit yaranır. Zərərli dəyişikliklər keyfiyyətsiz, mənşəyi bəlli olmayan, vaxtı keçmiş və ya saxlama qaydalarına düzgün əməl edilməyən məhsullarda daha çox rast gəlinir. Onlardan istifadə zəhərlənməyə yol açır. Bunlardan da ən təhlükəlisi öldürücü botulizmdir. Bütün hallarda həkimə müraciət etmək tövsiyə olunur.
Bundan başqa qidaların hazırlanma və saxlama qaydalarına əməl olunmalıdır. Son zamanlar xüsusilə ictimai iaşə müəssisələrində (restoran, kafe, mərasim evləri və.s) qidalanma nəticəsində zəhərlənmələrin çoxalması ondan qaynaqlanır ki, hazırlanan qidalara ciddi nəzarət yoxdur. Sözügedən müəssisələrin əksəriyyətində adətən qidaların ya mənşəyi bəlli olmur, ya köhnə olur, ya da qaydalara uyğun hazırlanmır.
Hətta meyvə-tərəvəzlər təmiz yuyulmadıqda, sanitar gigiyena qaydalarına əməl olunmadıqda belə zəhərlənmə ilə nəticələnir. Meyvə-tərəvəzlərin yetişdirilməsi zamanı istifadə olunan dərmanlar isə zəhərlənməyə başqa bir səbəbdir. Ümumiyyətlə yaxşı olar ki, ictimai iaşə obyektlərində və xüsusilə də kütləvi məclislərin keçirildiyi yerlərdə mənşəyi bəlli olmayan qidalardan uzaq duraq".
Həmidə İbrahimova
AzVision.az