"Milli Məclis seçkiləri Azərbaycanın yaratdığı yeni siyasi reallıqları bir daha təsdiqləyir"

"Milli Məclis seçkiləri Azərbaycanın yaratdığı yeni siyasi reallıqları bir daha təsdiqləyir"
  12 Avqust 2024    Oxunub:785
“Bu il Azərbaycanda artıq bir tarixi seçki baş tutub. Fevral ayında keçirilmiş prezident seçkiləri ilk dəfə idi ki, işğaldan azad olunmuş əraziləri də əhatə edirdi. Bu, sanki müsbət bir ənənə halına alır. Çünki hazırda Milli Məclisə seçkilərlə bağlı proses də eyni əhvalda başlayıb. Seçicilər Şuşada, Laçında və digər azad olunmuş ərazilərdə öz deputatlarını seçəcəklər”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, deputatlığa namizədlərin ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə səs toplamaq imkanı qazanmaları tarixi hadisə sayılmalıdır:

“Hətta ola bilər ki, bələdiyyə seçkiləri ilə bağlı da oxşar hadisələr baş versin. Bütün bunlar ondan xəbər verir ki, müharibədən sonra ölkəmizdə yeni siyasi vəziyyət formalaşıb. Nəinki ölkəmizdə, ümumilikdə regionda yeni reallıqlar yaranıb.

Azad olunmuş ərazilərdə seçkilərlə bağlı hazırki mühüm proseslərə nəinki mənəvi, siyasi-hüquqi aspektdə də baxmaq lazımdır. Bu, bütün ölkə ərazisində hakimiyyətin legitimliyini möhkəmləndirir. İndiki halda keçiriləcək Milli Məclis seçkilərinin əsas məqsədi yeni siyasi reallıqları təsdiqləmək, ölkəmizin, xalqımızın yeni siyasi mərhələyə keçidini təmin etməkdir”.

AzVision.az




Teqlər: Seçki  





Xəbər lenti