Goranboyda 5 uşaq zəhərlənib

Goranboyda 5 uşaq zəhərlənib
  10 Avqust 2024    Oxunub:831
Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü Akşin Kərimli, 2011-ci il təvəllüdlü Aynaxanım Qasımova, 2009-cu il təvəllüdlü Səfurəxanım Qasımova,1982-ci il təvəllüdlü Qabil Qasımov və 2009-cu il təvəllüdlü Afərin Kərimova zəhərlənmə diaqnozu ilə Goranboy Rayonunun Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Dərhal xəstələrə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənənlərin valideynləri bildiriblər ki, uşaqlar yemək yeyəndə onların halı qəfil pisləşib. Hazırda zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti