Paris-2024: Son idmançılarımız mübarizəyə başlayırlar

   Paris-2024:    Son idmançılarımız mübarizəyə başlayırlar
  10 Avqust 2024    Oxunub:1257
Bu gün Azərbaycanın son idmançılarımız "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə çıxacaq.
AzVision.az xəbər verir ki, onlar sərbəst güləşçilər Hacı Əliyev (65 kiloqram) və Maqomedxan Maqomedovdur (97 kiloqram).

Üçqat dünya və dördqat Avropa çempionu H.Əliyev ilk görüşündə meksikalı Ostin Qomeslə üz-üzə gələcək. M.Maqomedov isə dominikanlı Luis Miqel Peresi sınağa çəkəcək. Hər iki qarşılaşma 1/8 finala təsadüf edir.

Digər sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Bu gün həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası 5 halqa, 3 lent və 2 top proqramı üzrə final mərhələsində mübarizə aparacaq.

Hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala yiyələniblər.

AzVision.az


Teqlər: Paris-2024   Azərbaycan  





Xəbər lenti