Azyaşlı cibində türməyə telefon keçirmək istədi

Azyaşlı cibində türməyə telefon keçirmək istədi
  09 Avqust 2024    Oxunub:684
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.
Xidmətdən AzVision.az -a verilən xəbərə görə, məhkum Samir Xanhüseyn oğlu Məlikovla görüşə gəlmiş atası və sonuncunun azyaşlı nəvəsinin üzərinə baxış keçirilən zaman azyaşlının əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti