XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan medal sıralamasında 22-ci yerə yüksəlib

 XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan medal sıralamasında 22-ci yerə yüksəlib
  08 Avqust 2024    Oxunub:748
Hal-hazırda qeydə alınan nəticə taekvondoçu Qaşım Maqomedovun (58 kq) qazandığı gümüş medal sayəsində mümkün olub.
AzVision.az xəbər verir ki, hazırda Azərbaycan olimpiya yığmasının aktivində iki qızıl və bir gümüş var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoev (100 kq) Olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlib və özünə gümüş medalı təmin edib.

Medal sıralamasında Ukrayna (3 qızıl, 2 gümüş, 3 bürünc) 17-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 32-ci, İran (1 qızıl, 2 bürünc) 43-cü, Ermənistan (2 gümüş, 1 bürünc) ) - 55-ci, Türkiyə (1 gümüş, 3 bürünc) 58-ci.

İlk üçlükdə ABŞ (27 qızıl, 35 gümüş, 32 bürünc), Çin (25 qızıl, 23 gümüş, 17 bürünc) və Avstraliya (18 qızıl, 12 gümüş və 11 bürünc) qərarlaşıb.

İndiyədək 80 ölkə medal qazanıb.

Qeyd edək ki, Paris Olimpiadası avqustun 11-də başa çatacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti