İsmət Səttarov: Ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür

      İsmət Səttarov:    Ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür
  08 Avqust 2024    Oxunub:915
"Seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür".
Bu sözləri Audiovizual Şuranın sədri İsmət Səttarov avqustun 8-də media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib. İ.Səttarov bildirib ki, dövlətə məxsus yayımçılar vasitəsilə seçkiqabağı təşviqat aparılmır. Qeydə alınmış bütün namizədlər üçün ödəniş həcmi və şərtləri eyni olmalıdır:

"Dövlət büdcəsindən maliyyələşən yayımçıların hamısı ictimai yayımçı funksiyası daşısa da, seçkiqabağı təşviqat məhz qanunla ictimai yayımçı kimi tanınan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilməlidir".


AzVision.az


Teqlər:





Xəbər lenti