Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edilib

   Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  07 Avqust 2024    Oxunub:861
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə AzVision.az -a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib. Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi sabaha kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti