Şimon Peres: “Müharibəni biz başlamadıq”

Şimon Peres: “Müharibəni biz başlamadıq”
  10 İyul 2014    Oxunub:863
İsrail prezidenti Şimon Peres bəyan edib ki, onun ölkəsi dəfələrlə Qəzzanı İsrailə raket buraxmaması barədə xəbərdarlıq edib.
AzVision.az-ın məlumatına görə, bu barədə İsrail prezidenti “CNN” telekanalına eksklüziv müsahibəsində bildirib.

“Biz bu gün müharibəni başlamamışıq, onlar müharibəni bir neçə gün əvvəl başlayıb. Biz onları raketləri İsrail ərazisinə atmamaq barədə xəbərdarlıq etdik.... Biz bir gün, iki gün, üç gün gözlədik. Lakin onlar İsrail ərazisini atəşə tutmağa davam etdilər” – deyə,israil prezidenti Şimon Peres bildirib.

Prezident eyni zamanda “tezliklə” Qəzza zolağında yeriüstü əməliyyatında keçirilə biləcəyini bəyan edib: “Əgər onlar bu axşam İsrail ərazisinə raket atılmasını dayandırsalar, onda heç bir yerüstü əməliyyat olmayacaq, yox əgər onlar davam etsələr, gec və ya tez İsrail hərbçiləri Qəzzada yerüstü əməliyyatlar keçirəcək” .

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti