Parlament seçkiləri: 18 467 yerli müşahidəçi akkreditasiyadan keçib

   Parlament seçkiləri:    18 467 yerli müşahidəçi akkreditasiyadan keçib
  05 Avqust 2024    Oxunub:1225
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 18 467 yerli müşahidəçi akkreditasiyadan keçib.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın söyləyib. O bildirib ki, bu müşahidəçilərdən 5588 nəfəri Mərkəzi Seçki Komissiyasında, 12 min 879-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 9 beynəlxalq qurumdan və 27 ölkədən 101 nəfər akkreditə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti