950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
  05 Avqust 2024    Oxunub:1139
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib və 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. “Deputatlığa namizədliyini irəli sürənlərdən 1420 nəfəri imza vərəqəsi alıb, 1197 nəfər isə imza vərəqələrini qaytarıb, 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”, - deyə MSK sədri vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdə 55 məntəqə yaradılıb deyən Məzahir Pənahov bildirib ki, məcburi köçkünlər 574 məntəqədə səs verə biləcəklər. Onların sayı isə 399 min 56 nəfərdir.

AzVision.az


Teqlər:





Xəbər lenti