VaşinqtondanTehrana xəbərdarlıq: Çin İranın sifarişlərini yerinə yetirir
O qeyd edib ki, Vaşinqton Tehranı sakitləşdirməklə yanaşı, İrana qarşı yeni sanksiyalar tətbiq etməkdən də çəkinmir:
"ABŞ Maliyyə Nazirliyi iyulun 30-da İran və Çindən olan 5 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Bu şəxslər İranın ballistik raketləri üçün komponentlərin alınmasına yardım edənlərdir. Bununla bağlı yayımlanan məlumatda deyilib ki, sanksiya tətbiq edilən şəxslər İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramının əsas elementləri olan müxtəlif komponentlər, o cümlədən akselerometrlər və giroskoplar alıblar. ABŞ şirkətlərinə sanksiya tətbiq edilən şəxslərlə əlaqə qadağan edilib".
Ekspertə görə, Vaşinqton müəyyənləşdirib ki, Honkonqda olan şirkətlər İranın ballistik raketlərin və dronların istehsalı proqramı üçün zəruri komponentlər alırlar:
"Sifarişçi İranın Müdafiə Nazirliyidir. O da müəyyələşdirilib ki, Çindəki "Beijing SNTD" şirkəti birbaşa İran Müdafiə Nazirliyinin sifarişlərini həyata keçirir. Belə çıxır ki, Rusiyanın İrandan aldığı pilotsuz uçuş aparatlarının komponentləri Çində istehsal olunur. Rusiya eyni zamanda bu texnologiyalardan Ukrayna savaşında istifadə etmək üçün ərazisində zavod da inşa edib. Ukrayna həmin zavoda bir neçə dəfə raket zərbəsi endirib".
AzVision.az
Teqlər: