Mediada gender həssaslığı mövzusunda təlim keçirilib

Mediada gender həssaslığı mövzusunda təlim keçirilib
  03 Avqust 2024    Oxunub:1466
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi ölkənin aparıcı media qurumlarının təmsiçilərinin və tanınmış bloqerlərin iştirakı ilə ”Mediada gender həssaslığının artırılması” mövzusunda 3 günlük təlim keçirilib.
1-3 avqust tarixlərində Bakıda təşkil olunan təlimin məqsədi mediada geniş yayılmış gender stereotiplərinin aradan qaldırılması və gender əsaslı zorakılıq və digər gender mövzularının işıqlandırılmasında həssas yanaşmanın təmin edilməsi üçün jurnalist və bloqerləri məlumatlandırmaqdır.

Təlim çərçivəsində həmçinin ölkənin aparıcı media qurumlarının rəhbərliyində təmsil olunan şəxslərin, baş redaktor və redaktorların və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil olunub.

Tədbirdə iştirak edən BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev medianın gender bərabərliyinin təşviqində müstəsna rolu olduğunu vurğulayıb: “Gender bərabərliyi cəmiyyətimizin davamlı inkişafı və rifahı üçün vacib bir amildir və bu mövzuda medianın rolu əvəzedilməzdir. Medianın fəaliyyəti yalnız informasiyanı çatdırmaqla məhdudlaşmır, o, həm də cəmiyyətin fikrini formalaşdırır, davranışlarına təsir edir və sosial dəyişikliklərə yol açır. Bu baxımdan, medianın gender məsələlərində daha həssas və məlumatlı olması olduqca əhəmiyyətlidir”.
Təlim çərçivəsində iştirakçılar medianın gender həssaslığının artırılmasının zəruriliyi və gender stereotipləri ilə mübarizədə medianın rolu barədə fikir mübadiləsi aparıb.
Təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun və BMT-nin Qadınlar Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində təşkil edilib.
AzVision.az

Qalereya




Teqlər: Gender   Media  





Xəbər lenti