XİN: "Livana səyahət etməmək tövsiyə olunur"

      XİN:    "Livana səyahət etməmək tövsiyə olunur"
  03 Avqust 2024    Oxunub:1308
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını Livana səyahət etməməyə çağırıb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, Livan Respublikasının yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.

Eyni zamanda, hazırda Livan Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur.

AzVision.az


Teqlər: XİN   Livan   səyahət   xəbərdarlıq  





Xəbər lenti