Olimpiyadada bir əli cibində medal qazanan türkiyəli kimdir?

Olimpiyadada bir əli cibində medal qazanan türkiyəli kimdir?
  02 Avqust 2024    Oxunub:1502
2024-cü il Paris Olimpiya Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında gümüş medal qazanan türkiyəli idmançı Yusuf Dikeç sosial şəbəkələrdə gündəmə gəlib.
AzVision.az xəbər verir ki, o, yarışa qulaqcıqsız çıxıb və bir əli cibində atəş açıb.

Rahat rəftarı və uğurlu kadrları ilə diqqət çəkən idmançının kimliyi maraq doğurub.

Yusuf Dikeç 1 yanvar 1973-cü ildə Kahramanmaraşda anadan olub.

İdman həyatını Jandarma Gücü İdman Klubunda davam etdirən Yusuf Dikeç həm də Jandarma Baş Komandanlığında Jandarma Astsubay Baş Çavuş rütbəli əsgərdir.
Yusuf Dikeç 2012 Yay Olimpiya Oyunlarında Türkiyəni 10 m pnevmatik tapança və 50 m tapança qollarında təmsil edib. 2013-cü ildə Mersində keçirilən Aralıq dənizi Oyunlarında bir qızıl və bir gümüş medal qazanmağı bacarıb.

2016-cı il Yay Olimpiya Oyunlarında da iştirak edən Dikeç 50 metrdən tapança ilə atəşaçma kateqoriyasında 550 xalla 22-ci olub və yarışla vidalaşıb.

2024 Yay Olimpiya Oyunlarında Şevval İlayda Tarhanla birlikdə qarışıq 10 m pnevmatik tapança ilə finalda ikinci yeri tutaraq Türkiyənin bu sahədə ilk olimpiya medalı olan gümüş medalı qazanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti