“Paris-2024”: Cüdoçumuz 1/4 finala vəsiqə qazanıb

    “Paris-2024”:    Cüdoçumuz 1/4 finala vəsiqə qazanıb
  02 Avqust 2024    Oxunub:1790
Cüdoçumuz Uşanqi Kokauri Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Millimizin üzvü 100 kiloqramdan yuxarı çəki dərəcəsində finlandiyalı rəqibi Martti Puumalainen üzərində qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb.

Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıblar.

* * *

12:33
Azərbaycan cüdoçusu Uşanqi Kokauri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/8 finala yüksəlib.

Hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.can cüdoçusu ilk görüşündə qələbə qazanıb

AzVision.az


Teqlər: Paris-2024  





Xəbər lenti