Bakıda Mərakeşin milli bayramı qeyd olunub
Diplomat qeyd edib ki, Mərakeş bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-da məmnuniyyətlə təmsil olunacaq. Mərasimdə Azərbaycan Hökuməti adından çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.
Qeyd olunub ki, iki ölkənin rəhbərləri arasında olan səmimi münasibətlər Azərbaycan-Mərakeş əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq ildən-ilə dərinləşir. Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.
AzVision.az
Teqlər: