Azərbaycana xaricdən pul köçürmələri azalıb

Azərbaycana xaricdən pul köçürmələri azalıb
  30 İyul 2024    Oxunub:1304
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 893.1 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 259.3 milyon manata bərabər olub.
AzVision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyun aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.3% və ya 406.8 milyon manat, banklardan xaricə köçürmələr isə 19% və ya 61 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin I yarısında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 299.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 320.3 milyon manat təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti