"Qərbi Azərbaycan mətbəxi əcdadımızın zəngin irsinin göstəricisidir"
"Qərbi Azərbaycan irsi, o cümlədən mətbəxi tarixi torpaqlarımız olan indiki Ermənistan ərazisində xalqımızın min illər boyu yaşadığını, burada əcdadımızın zəngin mədəni irs yaratdığını təsdiqləyir. Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, dünya mədəni irsinin tərkib hissəsidir", - sədr vurğulayıb.
O həmçinin 24 dekabr 2022 tarixində Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasında tarixi çıxışı zamanı bu məqamları bir daha diqqətə çatdırdığını qeyd edib.
"Qərbi Azərbaycana qayıdış məsələsi əsas hədəfimizdir və Qarabağ müharibəsindən sonrakı dövr üçün Azərbaycanın millət və dövlət hədəfidir. Hər qayıdışın təməlində mənəvi qayıdış dayanır", - Əziz Ələkbərli deyib.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: Qərbi-Azərbaycan-İcması mətbəx irs