Tağı Əhmədov jurnalistlərə: `Məni evləndirəcəksiniz?`

Tağı Əhmədov jurnalistlərə: `Məni evləndirəcəksiniz?`
  10 İyul 2014    Oxunub:1015
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov bəzi mətbu orqanlarda Ağcabədiyə icra başçısı vəzifəsinə təyin olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.
AzVision.az xəbər verir ki, T.Əhmədov publika.az-a açıqlamasında yayılan məlumatlardan xəbərsiz olduğunu söyləyib:

“Mən bu cür məlumatı ilk dəfə sizdən eşidirəm. Necə vəzifədir ki, mənim xəbərim yoxdur? Belə çıxır ki, jurnalistlər sabah xəbərim olmadan məni evləndirəcəklər. Hamısı yalan söhbətlərdir”.

Xatırladaq ki, bəzi mətbu orqanlarda Bakı Meropoliteninin keçmiş sədri Tağı Əhmədovun Ağcəbədiyə icra başçısı təyin olunacağı ilə bağlı xəbərlər yayılıb.


Teqlər:  





Xəbər lenti