İsraildə Qərbi Nil virusuna yoluxanların sayı artır

   İsraildə Qərbi Nil virusuna yoluxanların sayı artır
  29 İyul 2024    Oxunub:1171
İsraildə ümumilikdə 710 xəstəyə Qərbi Nil qızdırması diaqnozu qoyulub. Onlardan 46-sı xəstəlik nəticəsində həyatını itirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaz mövsümünün sonlarından etibarən yayılmağa başlayan virus ölkənin əsasən mərkəzi şəhərlərində üzə çıxmaqdadır.
İsraildə Qərbi Nil virusuna yoluxanların sayı 440-a çatıb

Qərbi Nil virusu insana əsasən ağcaqanadlar vasitəsilə yoluxur. Əksər hallarda hər hansı əlaməti üzə çıxmasa da, xəstəlik dövründə qızdırma, baş ağrısı, qusma, ishal və əzələ ağrıları mümkündür. Eyni zamanda, xəstəliyin insandan-insana keçmədiyi, ağcaqanadlarla bu, ya digər təmas nəticəsində əmələ gəldiyi bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   xəstəlik   Qərbi-Nil-virusu  





Xəbər lenti