Orban: Rusiya iqtisadi sahədə Aİ sanksiyalarına uyğunlaşdı

   Orban:    Rusiya iqtisadi sahədə Aİ sanksiyalarına uyğunlaşdı
  27 İyul 2024    Oxunub:1928
“Rusiya iqtisadi sahədə çeviklik nümayiş etdirdi və Aİ sanksiyalarına uyğunlaşdı”.
Bu fikri Macarıstanın baş naziri Viktor Orban deyib. Onun sözlərinə görə, Rusiya 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq edilən sanksiyalardan dərs aldı:

“Onlar lazımi texnikaya və çevikliyə malikdirlə, uyğunlaşma qabiliyyətini inkişaf etdiriblər. Rusiya bizim onu gördüyümüzdən və görməyə məcbur olduğumuzdan fərqlidir. Rusiya sərt, neo-Stalinist ölkə kimi təsvir edilib, bu, həqiqətə uyğun deyil”.

Eyni zamanda, Orban qeyd edib ki, Aİ-nin tətbiq etdiyi sanksiyalar Avropanın fundamental maraqlarına ziyan vurur, enerji qiymətlərini artırır və Avropa iqtisadiyyatını rəqabətədavamsız edir.


AzVision.az


Teqlər:





Xəbər lenti