Parlament seçkiləri ilə əlaqədar bülleten tələbləri təsdiqlənib

Parlament seçkiləri ilə əlaqədar bülleten tələbləri təsdiqlənib
  27 İyul 2024    Oxunub:1110
Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələbləri təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə məsələ MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatında Mərkəzi Seçki Komissiyasının iyulun 27-də keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul olunub.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 ədəd seçki bülleteni çap ediləcək.

AzVision.az


Teqlər: seçkilər   bülleten  





Xəbər lenti