Hindistanın işgüzar turizm üzrə aparıcı mütəxəssisləri, tədbir agentlikləri və toy təşkilatçıları ilə keçirilən B2B görüşlərdə Azərbaycanda işgüzar təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilir.
Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar-iyun dövründə hədəf turizm bazarlarından biri olan Hindistandan Azərbaycana səfər edənlərin sayı 117 985 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə artımdır.
AzVision.az