Blinkenin Cənubi Qafqaz üzrə müşaviri İrəvana gedib

   Blinkenin Cənubi Qafqaz üzrə müşaviri İrəvana gedib
  25 İyul 2024    Oxunub:1216
ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Tərəflər digər regional məsələlərlə yanaşı Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı müzakirə aparıblar.

Qriqoryan "Ermənistan tərəfinin Cənubi Qafqazda davamlı sülhə sadiqliyini" təsdiqləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   Azərbaycan   danışıqlar  





Xəbər lenti