"Rusiya Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəmir" - Peskov

   "Rusiya Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəmir"   -   Peskov
  24 İyul 2024    Oxunub:1986
"Ermənistan suveren ölkədir, bizə qardaşdır. Ermənistanın siyasi müdrikliyinə ümid edirik" . Bu fikirləri Dmitri Peskov mətbuat konfransında jurnalistlərinin suallarını cavablandırarkən deyib.
AzVision.az xəbər verir ki, Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələri şərh edib.

"Sadəcə olaraq istəmirik ki, onlar Kiyevin bir vaxtlar seçdiyi yolu seçsinlər. Biz dostluq və isti münasibətləri davam etdirməyə sadiqik" - deyə Peskov qeyd edib.

AzVision.az




Teqlər:





Xəbər lenti