Çində iqtisadi yavaşlama Avropanı "vurub" - "Bloomberg"

Çində iqtisadi yavaşlama Avropanı "vurub"    - "Bloomberg"
  24 İyul 2024    Oxunub:1412
Çin iqtisadiyyatındakı yavaşlama lüks brendlərdən tutmuş avtomobil istehsalına qədər bütün Avropa şirkətlərinin işinə də təsir edib.
Bu fikirlər Bloomberg-də dərc olunan məqalədəndir.

Baydenin gedişi ABŞ-Çin münasibətlərindəki gərginliyi artırır
Nəşr iddia edir ki, artıq Avropadakı biznes sistemi Asiyadan gələn iqtisadi zərbəni hiss edir. Çin bazarındakı tələbatdan asılı olan biznes sahələrini isə daha çox problemlər gözləyir.

Qeyd edilir ki, zərərçəkmiş məşhur brendlər arasında Hugo Boss AG, Burberry Group Plc və Daimler Truck Holding AG də adı var. Məlum brendlərin müştəriləri get-gedə daha ehtiyatlı davrandıqca şirkətlərin mənfəətləri xeyli azalır: "Avropa mallarına daha az pul xərclənməsi şirkətlərin mənfəəti üçün ciddi nəticələrə səbəb olur. Bu amil həmçinin səhm qiymətləri, şirkət qiymətləndirmələri və hətta iş yerləri üçün risklər yaradır. Məsələn, Swatch Group Çində ilin birinci yarısında satışlarında 30% azalma qeydə alıb və hasilatı da azaldır".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Avropa  





Xəbər lenti