Almaniyada "Hizbullah"la əlaqəli mərkəzə qadağa qoyulub - FOTO

   Almaniyada "Hizbullah"la əlaqəli mərkəzə qadağa qoyulub -    FOTO
  24 İyul 2024    Oxunub:1258
Almaniya hökuməti iranyönümlü "Hizbullah" terror təşkilatına dəstək verməsi ehtimalı səbəbi ilə istintaq altında saxladığı Hamburq İslam Mərkəzinin fəaliyyətinə qadağa qoyub.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Federal Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Sözügedən mərkəz və ölkə ərazisində ona bağlı bütün təşkilatlar " konstitusiyaya zidd məqsədlər güdən islamçı ekstremist, antisemitist təşkilat" kimi qiymətləndirilib.

Məlumata görə, hökumətin qərarı çərçivəsində Berlin, Hamburq, Bremen və s. şəhərlərdə mərkəzə məxsus 53 mülkdə axtarış aparılıb.

Maraqlıdır, ABŞ Dövlət katibinin kəşfiyyat və tədqiqat üzrə köməkçisi Bret Holmqren bir müddət əvvəl "The Washington Post" qəzetinə açıqlamasında bildirmişdi ki, "HƏMAS Qəzza zolağındakı müharibə vasitəsilə Yaxın Şərqdə və bütün dünyadakı terror təşkilatlarını şirnikləndirir". O, Almaniya və Hollandiyada bir qrup şəxsin yəhudilərin kütləvi yaşadıqları massivlərə hücumlar hazırlamasını diqqətə çatdıraraq:
Holmqren: "Qəzza müharibəsi terrorçular üçün münbit şəraitdir"

"Bu təsir artıq Avropada da özünü göstərir", - vurğulamışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Hizbullah   qadağa  





Xəbər lenti