Borrel: "Ukraynanın enerji sisteminin yalnız 30%-i salamatdır"

      Borrel:    "Ukraynanın enerji sisteminin yalnız 30%-i salamatdır"
  22 İyul 2024    Oxunub:1283
"Kiyevə enerji dəstəyinin artırılması və yeni hava hücumundan müdafiə sistemləri verilməsi məsələsi gündəmdədir. Bu məsələ ilə bağlı müzakirələr aparılmalıdır".
AzVision.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ittifaqa mənsub ölkələrin XİN rəhbərləri ilə görüşündə dilə gətirib.

"Ukraynada enerji sisteminin tamamilə sıradan çıxmasının qarşısını almaq lazımdır. İndi yaydır, ancaq qışda vəziyyət lap ağırlaşacaq", - o vurğulayıb.

Xatırladaq ki, Kiyev ötən həftə ölkədə enerji infrastrukturunun çətin vəziyyətinə görə Avstriya, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Hollandiya, Almaniya, Norveç, Polşa, Finlandiya, Çexiya, İsveç və BƏƏ-dən kömək istəmiş, Ukrayna Energetika Nazirliyi öz "Telegram" kanalında elektrik enerjisinin qənaətlə istehlakına çağırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ukrayna   enerji  





Xəbər lenti