Serbiya prezidenti: “Qərb Rusiya ilə müharibəyə hazırlaşır”

   Serbiya prezidenti:  “Qərb Rusiya ilə müharibəyə hazırlaşır”
  22 İyul 2024    Oxunub:1424
Qərb ölkələri fəal şəkildə Rusiya ilə birbaşa münaqişəyə hazırlıq aparırlar.
AzVision.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Pink telekanalının efirində belə bir bəyanatla çıxış edib. Onun sözlərinə görə, Qərbin niyyəti aparılan intensiv hərbi hazırlıqlardan aydın sezilir:

"Qərb, əslində, Rusiya ilə hərbi əməliyyatları başqalarının vasitəsilə aparmağa üstünlük verir, çünki hazırda birbaşa münaqişəyə hazır deyil. Bəs nə vaxtsa hazır olacaqmı? Bəli, düşünürəm ki, olacaq! Rusiya ilə birbaşa münaqişəyə hazırlıqlar artıq başlayıb və hər şey bəzilərinin təsəvvür edə biləcəyindən də tez baş verəcək”, - Vuçiç bildirib.

Serbiya prezidenti əlavə edib ki, Qərb heç vaxt Rusiyaya qalib gələ bilməyəcək: "Bu, yalnız və yalnız Putinin başına bir iş gələrsə, mümkün ola bilər".

Aleksandr Vuçiç onu da qeyd edib ki, "müharibədə nə qədər ukraynalı ölür ölsün, Qərbə maraqlı deyil. Ona lazım olan Rusiyanın nefti, qazı,fosfatı, qızılı, gümüşü və digər resurslarıdır".

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vuçiç   Rusiya   Qərb  





Xəbər lenti