Almaniya XİN Trampa görə "böhran qrupu" yaratdı

 Almaniya XİN Trampa görə    "böhran qrupu" yaratdı
  22 İyul 2024    Oxunub:1021
Almaniya Xarici İşlər Nazirliyinin rəsmiləri Donald Trampın ABŞ prezident seçiləcəyi təqdirdə Almaniya üçün yarana biləcək çətin vəziyyətdən çıxış yolları hazırlayan qeyri-rəsmi böhran qrupu yaradıblar.
Bu fikirlər Britaniyanın “Financial Times” qəzetində dərc olunan məqalədəndir.

Trampın komandası Zelenskiyə Rusiya ilə danışıqlar aparmağı əmr edib
Qeyd edilir ki, Trampın Ağ Evə qayıdışı Almaniya və onun dünyadakı mövqeyi üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Hazırda alman diplomatlar əvvəllər mümkünsüz və ağlasığmaz hesab etdikləri ssenarinin nəticələrinə hazır olmaq üçün var gücləri ilə mübarizəyə başlayıblar.

Xüsusilə, rəsmi Berlin Trampın prezidentliyi dövründə Vaşinqtonun bəzi “təhlükəsizlik zəmanətlərini” geri götürə və Almaniyanı daha ​​çətin vəziyyətə gətirə biləcəyindən xeyli narahatdır.

"Məhz bu səbəbdən Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin nümayəndələri, siyasətin planlaşdırılması şəbəkəsinin əməkdaşları, transatlantik əməkdaşlıq koordinatorunun ofisi və Almaniyanın Vaşinqtondakı səfirliyi qeyri-rəsmi "böhran qrupu” yaradıblar. Bu qrup Trampın qalib gələcəyi təqdirdə sonrakı proseslərə necə cavab veriləcəyini müəyyən etməlidir",- müəllif yazıb.

Xatırladaq ki, dünən ABŞ prezidenti Cozef Bayden noyabrda keçiriləcək prezident seçkilərində yenidən namizəd olmaq niyyətində olmadığını bildirib. O, bu barədə X-də (keçmiş Twitter-red.) bəyanat yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Almaniya   XİN  





Xəbər lenti