Bayden namizədliyini geri götürdü

Bayden namizədliyini geri götürdü
  21 İyul 2024    Oxunub:1455
ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkilərində yenidən namizəd olmaq niyyətində olmadığını bildirib. O, bu barədə X-də (keçmiş Twitter) bəyanat yayıb.
“Sizə Prezident kimi xidmət etmək mənim üçün böyük şərəfdir. Yarışdan geri çəkilsəm və müddətimin qalan hissəsində diqqətimi prezident kimi işləməyə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq”.

Amerika liderinin sözlərinə görə, bazar günü o, seçki yarışından geri çəkilmək qərarı ilə bağlı müraciət etmək niyyətindədir.

Bayden prezident seçkisində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

"2020-ci il seçkisində partiyanın namizədi kimi ilk qərarım Kamala Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın namizədi olaraq onu tam dəstəklədiyimi bəyan edirəm. Demokratlar, birləşmək və Trampı məğlub etmək vaxtıdır".



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti