“Mübarizəmizi davam etdiririk” - Hikmət Hacıyev

   “Mübarizəmizi davam etdiririk” -    Hikmət Hacıyev
  21 İyul 2024    Oxunub:1143
“Biz COP29-la bağlı çox güclü dezinformasiya kampaniyası ilə üzləşmişik”.
AzVision.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı söyləyib.

Azərbaycanın dezinformasiyanın hədəfi olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi əlavə edib:

“Lakin biz öz işimizə inanırıq və mübarizəmizi davam etdiririk. Biz bununla da qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə öz töhfəmizi vermiş oluruq. Gündəliyə əsasən işimizi həyata keçiririk. Biz ədalətli mövqeyimizə ədalətli dəstəyi də görürük”.

AzVision.az


Teqlər:





Xəbər lenti