Bayden və Ursula fon der Lyayen Ukraynaya yardımı müzakirə ediblər

Bayden və Ursula fon der Lyayen Ukraynaya yardımı müzakirə ediblər
  20 İyul 2024    Oxunub:1640
Amerika lideri Cozef Bayden ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Bayden və Avropa Komissiyasının rəhbəri Ukraynaya dəstək və Rusiyaya qarşı əks tədbirləri müzakirə ediblər.

Bayden həmçinin fon der Lyayeni hazırkı vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

AzVision.az



Teqlər:





Xəbər lenti