Azərbaycanın baş diplomatları – Kim neçə il işləyib?

Azərbaycanın baş diplomatları – Kim neçə il işləyib?
  09 İyul 2014    Oxunub:2659
Bu gün Azərbaycan Respublikasının diplomatik xidmətinin yaradılmasının 95-ci ili tamam olur. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xarici İşlər Nazirliyi Katibliyinin yaradılması haqda qərar qəbul edilib. Bu tarix Azərbaycanın peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur.

AzVision.az günün aktuallığını nəzərə alaraq Azərbaycanın xarici işlər nazirlər haqda araşdırma aparıb.

AXC dövründə Azərbaycanın ilk xarici işlər naziri Məmmədhəsən Hacınski olub. (28 may 1918 – 6 oktyabr 1918 ). Daha sonra onu bu ali postda Fətəlixan Xoyski əvəz edib. Onun fəaliyyəti cəmi 3 ay davam edib. (26 dekabr 1918 – 14 mart 1919).

Xoyksini Məmməd Yusif Cəfərov (14 mart 1919 – 22 dekabr 1919 )əvəz etsə də o yenidən öz vəzifəsinə qayıdıb. SSRİ-nin işğalınadək fəaliyyətini davam etdirib. (24 dekabr 1919 – 1 aprel 1920 )
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra baş diplomat postunu Nəriman Nərimanov tutub. ( 28 aprel 1920 – 2 may 1920). O cəmi bir neçə gün işləyə bilib. Onun vəzifəsi Mirzə Davud Hüseynova həvalə edilib.

1921-1944-cü illərdə nazirlik ləğv olunub və xarici əlaqələr Moskva vasitəsiylə həyata keçirilməyə başlanıb.

SSRİ dönəmində Azərbaycanın xarici işlər naziri postuna bir neçə dəfə təyinat aparılıb. Mahmud Əliyev (1944 – 1958), Tahirə Tahirova (1959 – 1983), Elmira Qafarova (1 dekabr 1983 – 22 dekabr 1987) və Hüseynağa Sadıqov (23 yanvar 1988 – 29 may 1992) ölkəmizin baş diplomatı funksiyasını yerinə yetiriblər.

Müstəqil Azərbaycanın xarici işlər nazirləri...

Hüseynağa Sadıqov müstəqil Azərbaycanın ilk xarici işlər naziridir. Nazir fəaliyyətinə1988-ci ildə başlayan H.Sadıqov 29 may 1992-ci ilədək XİN rəhbəri olub.

H.Sadıqovu Tofiq Qasımov əvəz edib. O cəm bir il işləyə bilib. (4 iyul 1992 - 26 iyun 1993).

T.Qasımovun vəzifədən gedişindən sonra Həsən Həsənov təyinat alıb. H.Həsənov düz 5 il nazir kreslosunda qala bilib. (2 sentyabr 1993 - 16 fevral 1998)

H.Həsənovda sonra baş diplomat postuna Tofiq Zülfüqarov gətirilib. T.Zülfüqarov sələfi kimi uzun müddət nazir vəzifəsində çalışa bilməyib. T.Zülfüqarov cəmi bir ilə yaxın nazir kreslosunda əyləşib. (5 mart 1998 - 26 oktyabr 1999).

T.Zülfüqarovdan sonra vəzifəyə Vilayət Quliyev gətirilib. 26 oktyabr 1999-cı ildə prezidentin sərəncamı ilə yüksək vəzifəyə təyinat alan V.Quliyev bir sıra xidmətləri ilə yadda qalıb. O, 7 aprel 2004-cü ildə tutduğu vəzifədən azad edilib.

Hazırda Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.
V.Quliyevi prezident İlham Əliyevin sərəncamı ilə Elmar Məmmədyarov əvəz edib. O 2004-cü ildən indiyədən Azərbaycan Respublikasının xarici işlər naziridir. 1960-cı ildə Bakı şəhərində anadan olan nazir Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb. İndiyədən bir sıra yüksək vəzifələrdə çalışıb.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti