İT sistemlərində nasazlıq Britaniyada ciddi problemlərə yol açdı

İT sistemlərində nasazlıq Britaniyada ciddi problemlərə yol açdı
  19 İyul 2024    Oxunub:1752
Dünyada yaranan rabitə problemləri Böyük Britaniyada dəmir yolu, hava limanları, xəstəxanalar da daxil olmaqla, bir çox sektora öz təsirini göstərib.
AzVision.az "Trend"-ə istinadən xəbər verir ki, Britaniyanın “Gatwick”, “Luton”, “Edinburgh” kimi böyük hava limanlarında 3-4 saatdan çoxdur davam edən növbələr yaranıb.

“Thameslink” və “Great Northern” şəbəkələri daxil olmaqla, dörd dəmir yolu şirkətini idarə edən “Govia Thameslink” rəhbərliyi sürüc lərin cədvəllərinə daxil ola bilmədiklərini, bu səbəbdən gecikmələrin yarandığını bildirib. Bundan əlavə bəzi xəstəxanaların sistemlərində də problemlər müşahidə olunub.

Bəzi marketlərdə isə kartla ödəniş mümkün olmadığı üçün müştərilərə nağd alış-veriş məsləhət görülüb.

Qeyd edək ki, “Microsoft Windows” əməliyyat sistemi ilə çalışan avadanlıqlarda dünya üzrə “Mavi Ekran Xətası” (BSOD – Blue Screen Of Death) müşahidə olunur. Bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan “CrowdStrike” şirkətinin “Falcon Sensor” proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib.

AzVision.az



Teqlər:





Xəbər lenti