Putin Trampdan nə gözləyir? - "The Telegraph "ın versiyası

Putin Trampdan nə gözləyir?    - "The Telegraph "ın versiyası
  19 İyul 2024    Oxunub:3954
Avropa aydın şəkildə anlayırlar ki, Ağ Ev Donald Trampın rəhbərliyi altında artıq kabusa çevriləcək. Noyabrda gözlənilən reallıq isə ondan ibarətdir ki, Rusiya Ukraynaya qarşı apardığı amansız müharibədə ciddi üstünlük əldə edəcək.
Bu fikirlər The Telegraph-da dərc olunan məqalədəndir. Keçmiş NATO hərbçisi, Çevik Reaksiya Batalyonunun komandiri Hamiş de Bretton Qordon nəşrə açıqlamasında deyib ki, proseslər Moskvanın xeyrinə cərəyan edir.

Keçən il Ukraynanın əks-hücumlarının uğursuzluğunu, Qərbin dəstəyinin azalması və Moskvanın iqtisadiyyatı hərbi vəziyyətə uğurla keçirməsini nəzərə alsaq, Rusiyanın yenə də bütün kartları əlinə alacağına inana bilərik.

Müəllif iddia edib ki, Putin Trampın prezident seçiləcəyi təqdirdə işğal olunmuş əraziləri ona bağışlayacağını gözləyir

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti