Qəzaya uğrayan təyyarə Ermənistan Müdafiə Nazirliyinin balansında olub

Qəzaya uğrayan təyyarə Ermənistan Müdafiə Nazirliyinin balansında olub
  19 İyul 2024    Oxunub:1183
Qəzaya uğrayan An-2 təlim təyyarəsi olub və Ermənistan Müdafiə Nazirliyinin balansında idi.
AzVision.azxəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan Sputnik Ermənistan-a açıqlamasında deyib.

"Qəzaya uğrayan təyyarənin təlim təyyarəsi olduğunu təsdiq edirəm. Müdafiə Nazirliyi həlak olan pilotların ailə üzvlərinə, yaxınlarına və həmkarlarına başsağlığı verir", - Torosyan qeyd edib.
Xatırladaq ki, səhər saatlarında Ermənistanın Daxili İşlər Nazirliyi Kotaykda An-2 təyyarəsinin qəzaya uğraması barədə məlumat yaymışdı. Qeyd edilir ki, iki nəfər ölüb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti