"Bakcell" tətbiqində süni intellekt dəstəkli “Tarif Məsləhətçisi”ni təqdim etdi
Son aylarda innovativ məhsulları ilə abunəçi təcrübəsini və məmnuniyyətini daha da artıran “Bakcell”, "Tarif Məsləhətçisi" funksiyasında qabaqcıl AI texnologiyasından istifadə edir.
Abunəçilər alətdən istifadə etməklə öz tarif planlarını optimallaşdıra, həm vaxt, həm də büdcələrinə qənaət edə biləcəklər.
"Tarif Məsləhətçisi" aləti hazırda "Bakcell" tətbiqində aktivdir. Tətbiqi bu linkdən yükləmək mümkündür: https://onelink.to/bakcell
Bu yaxınlarda yeni brend kimliyini təqdim edən “Bakcell”, abunəçilərinin gündəlik tələbatlarını ödəmək üçün daim yeni məhsullar təqdim edir. Belə ki, son həftələrdə “Bakcell” "Fiber 1" məhsulunu və “VoWiFi” texnologiyasını istifadəçilərin ixtiyarına verib.
AzVision.az
Teqlər: