Avropa Trampın dövründə Ukraynanın uduzacağından qorxur

   Avropa Trampın dövründə    Ukraynanın uduzacağından    qorxur
  17 İyul 2024    Oxunub:1006
Kiyevə yardımı tənqid etməsi ilə tanınan Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd kimi irəli sürülməsi Avropa paytaxtlarında Trampın Rusiya ilə müharibə aparan Ukraynaya dəstəyini dayandırmaq üçün daha da motivasiyalı ola biləcəyi ilə bağlı narahatlığı artırır.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “The Wall Street Journal (WSJ)” qəzetinin yazdığına görə, Trampın prezident seçkilərində qalib gələcəyi, bunun ardınca Kiyevə yeni silah və maliyyə yardımı paketləri göndərməkdən imtina edəcəyi halda, “Ukrayna Moskva ilə hər hansı danışıqlarda daha az təsir rıçaqına malik olacaq və ya müharibəni tamamilə uduza bilər”. Yüksək vəzifəli Avropa rəsmisi nəşrə bildirib ki, bu baxımdan, Ukrayna bəla içindədir.

“Vens Kiyevə vəsait ayrılmasına qarşı çıxan “ultra-mühafizəkar respublikaçılar”ın liderlərindən biridir. Onun mövqeyi Ukrayna Silahlı Qüvvələrinə yardımın ABŞ-nin milli təhlükəsizliyinin möhkəmlənməsinə kömək etdiyinə inanan Respublikaçılar partiyasındakı bir çox yoldaşlarının mövqeyindən fərqlənir”, - WSJ vurğulayır.

ABŞ-da potensial qaliblər cütlüyü müəyyənləşdi
Vens ardıcıl olaraq Vaşinqtonun Kiyevə silah tədarükünü dayandırmağa və Ukraynadakı münaqişəni tez bir zamanda həll etməyə çağırır.

Onun fikrincə, Birləşmiş Ştatlar diqqəti Şərqi Asiyaya yönəltməlidir. Çünki “bu, Amerikanın növbəti 40 il üçün xarici siyasətinin gələcəyidir və Avropa bu faktı dərk etməlidir”. Dünən isə “The New York Times” qəzetinə müsahibəsində ABŞ-nin potensial vitse-prezidenti qeyd edib ki, Ukraynaya neytral status verilməli və onun sərhədləri yenidən nəzərdən keçirilməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Vens   Avropa   Ukrayna  





Xəbər lenti