Avropalı deputatlar Macarıstana qarşı

   Avropalı deputatlar Macarıstana qarşı
  16 İyul 2024    Oxunub:1058
Avropa Parlamentinin 63 üzvü Macarıstanın Baş naziri Viktor Orbanın sülh təşəbbüslərinə görə hazırda sədrlik etdiyi Avropa İttifaqı Şurasında səsvermə hüququndan məhrum edilməsini istəyib.
Bu barədə Politico nəşri məlumat yayıb. Qəzet qeyd edib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Parlamentinin rəhbəri Robert Metsolaya ünvanlanan məktubda deyilir ki, guya Orban Avropa İttifaqı Şurasının sədri vəzifəsindən sui-istifadə edərək artıq qurumun nüfuzuna xeyli zərbə vurub.

"Bunun üçün Macarıstanın Aİ Şurasında səsvermə hüququnun dayandırılması kimi real tədbirlər tələb olunur, çünki praktika göstərdi ki, sadə ictimai qınaq işləmir".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti