Blinken İsrailin strateji işlər naziri ilə görüşüb

   Blinken İsrailin strateji işlər naziri ilə görüşüb
  16 İyul 2024    Oxunub:942
ABŞ Dövlət katibi Antoni Blinken İsrailin strateji işlər naziri Ron Dermer və milli təhlükəsizlik müşaviri Tsaxi Haneqbini qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat yayıb.

Görüş zamanı İsrail-HƏMAS atəşkəs danışıqları üzrə məsələlərin həlli istiqamətində müzakirələr aparılıb. Blinken ABŞ-nin İsrailə dəstəkdə sadiqliyini vurğulayıb. Eyni zamanda, Fələstin xalqının hüquqlarına hörmətlə yanaşmağın, mülki itkilərin sayını azaltmağın və Qəzza zolağına humanitar yardımın çatdırılmasına şərait yaradılmasının vacibliyini diqqətə çatdırıb.
İsrail "Hizbullah"a aviazərbələr endirib - VİDEO

Dövlət katibi həmçinin İsrail və "Hizbullah" arasında getdikcə böyüyən gərginliyə də toxunub, məsələnin daha da şiddətlənməsinə imkan verilmədən diplomatik yolla həllinin əhəmiyyətini dilə gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   görüş  





Xəbər lenti