Braziliyada dopinq tapılmadı
FİFA-nın Tibb departamentinin rəhbəri İrji Dvorjak futbolçulardan dopinq tapılmadığını deyib.
736 futbolçudan qan və sidik analizi götürülüb. Bütün təhlillər İsveçrədə Ümumdünya Antidopinq Agentliyinin laboratoriyasında aparılıb.
Braziliyada keçirilən Dünya Çempionatı futbolçuların bioloji pasportlarından istifadə olunduğu ilk çempionatdır. Məlumat bazasına 1324 oyunçu barədə informasiya daxil edilib.
Teqlər: