Qırğızıstanla ikiqat vergitutma aradan qaldırılıb

Qırğızıstanla ikiqat vergitutma aradan qaldırılıb
  15 İyul 2024    Oxunub:990
Azərbaycan və Qırğız Respublikası arasında imzalanmış sazişlər təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı sənədləri imzalayıb. Sənədə əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş” təsdiq edilib.

Həmçinin, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiqlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti