Baş Prokurorluq Masallıda konfrans keçirəcək

Baş Prokurorluq Masallıda konfrans keçirəcək
  15 İyul 2024    Oxunub:701
Baş Prokurorluq Masallıda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirəcək.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 18-də təşkil ediləcək konfransda 10-a yaxın regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxsləri iştirak edəcək.

Tədbirdə, həmçinin dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq. Toplantı çərçivəsində Masallı Rayon Prokurorluğunda “Açıq qapı” günü də olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti