Ağcabədidə 837 kq yarasız ət müsadirə edilib

Ağcabədidə 837 kq yarasız ət müsadirə edilib
  15 İyul 2024    Oxunub:859
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və digər aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyata keçirdiyi birgə tədbirlər zamanı istehlaka yararsız, mənşəyi məlum olmayan ətin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AzVision.az -a verilən məlumata görə, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan fiziki şəxs İsmayılov Cəmil Yunis oğluna məxsus həyətyanı sahəyə baxış keçirilərkən qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Baxış zamanı kəsim sahəsinin qüvvədə olan normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, habelə kustar üsullarla təchiz edilmiş kəsim qurğuları müəyyən edilib. Fiziki şəxs Hüseynov Fuad Tahir oğlu izahatında kəsim sahəsini İsmayılov Cəmil Yunis oğlundan icarəyə götürdüyünü bildirib.

Aparılan araşdırma zamanı aşkarlanmış ətin məxsus olduğu heyvanın aqoniya halında kəsilməsinə və istehlak üçün yararsız olmasına (kəskin qoxu, ətdə yapışqanlılıq, ətin rənginin qeyri-spesifik olması və s.) əsaslı şübhələr yarandığı üçün 837 kiloqram ət və subməhsullar müsadirə edilib.

Müayinələrinin aparılması məqsədilə ətdən və subməhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyalarına təqdim olunub. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti